Şoyqu Qərbi Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb ölkələrini Avropada gərginliyin azaldılmasına töhfə verməyə və Ukraynaya silah tədarükünü dayandırmağa dəvət edib.

TASS-ın yaydığı xəbərə görə, o, bu barədə Böyük Britaniyadan olan həmkarı Ben Uolleslə görüşündə deyib.

“Açıq şəkildə Ukraynaya silah göndərilir. Krallıq xüsusi təyinatlı qüvvələrini Ukraynaya göndərir. Onlar orada nə qədər qalacaqlar? Bu, məlum deyil. Təklif edirəm ki, Qərb Ukraynanı silahlandırmağı dayandırsın”, – B.Uolles deyib.

Qeyd edək ki, Britaniyanın müdafiə naziri özü də Ukrayna ətrafındakı vəziyyətin getdikcə gərginləşdiyini deyib.

Son zamanlar Qərbdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı fikirlər səsləndirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür iddiaları boş və mənasız hesab edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password