“3+3” platformasının növbəti iclasının keçirilməsi üçün müraciətlər daxil olur – Rusiya XİN

 

Növbəti “3+3” platformasının iclasının keçirilməsi üçün artıq bir neçə paytaxtlardan müraciətlər daxil olub.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “TASS”a müsahibəsində deyib.

“2021-ci il dekabrın 10-da təşkil olunan “3+3″ konsultativ regional platformanın təsis iclasını uğurlu hesab edirəm. Biz görüşün yekunlarına əsasən tərəfdaşlarla şərtləşdik ki, formatın fəaliyyətini qarşılıqlı maraq doğuran və regionda etimad tədbirlərinin gücləndirilməsinə yönəldilən məsələlər üzərində cəmləşdirək. Ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırışlara və təhdidlərə müqavimət həmin məsələlər sırasındadır”, – deyə A.Rudenko bildirib.

Onun sözlərinə görə, tərəflər iclasları müntəzəm əsasda ildə azı 2 dəfə keçirməyi qərara alıblar. Növbəti tədbirin keçirilməsi üçün artıq bir neçə ölkədən müraciətlər daxil olub.

“Gürcüstana gəlincə, bütün iştirakçılar onun “3+3″ formatına birləşəcəyinə ümidvar olduqlarını ifadə ediblər. Tbilisi üçün qapı açıq qoyulur. Vacibdir ki, regional işlər Cənubi Qafqazın bütün ölkələrinin iştirakı ilə müzakirə olunsun”, – deyə Rusiya XİN rəhəbrinin müavini qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password