Ermənistan-Azərbaycan sərhədində gərginlik ocaqları var – KTMT

 

Stanislav Zas: “Əslində elə bir sərhəd yoxdur, təmas xətti, dayaq məntəqələri, müşahidə məntəqələri var”

“Rusiya sülhməramlılarının Qarabağa daxil olmasından sonra vəziyyət sabitləşib, qan tökülməsi dayandırılıb”.  Rusiya mediası bildirir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması perspektivlərindən danışarkən deyib.

Zas vurğulayıb ki, nizamlanma ilə bağlı müəyyən ehtiyatlı nikbinlik var. Onun sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanatının imzalanmasından və Rusiya sülhməramlılarının Qarabağa daxil olmasından sonra vəziyyət sabitləşib, qan tökülməsi dayandırılıb.

“Əlbəttə, gərginlik ocaqları var və onlar Ermənistan-Azərbaycan sərhədindədir. Mən orada idim, orada baş verənləri öz gözlərimlə gördüm. Amma əslində elə bir sərhəd yoxdur, təmas xətti, dayaq məntəqələri, müşahidə məntəqələri var. Zaman-zaman atışmalar olur. Belə olmamalıdır”, – deyə Zas bildirib.

Baş katibin sözlərinə görə, indi tərəflərin qarşısında sərhədin delimitasiyası və demarkasiyası kimi ciddi vəzifə durur: “Bu, böyük və mürəkkəb işdir. Lakin bu, regionun təhlükəsizliyini gücləndirməyə imkan verəcək. Müharibə dövrünün başa çatdığı və başqa bir dövrün başladığı ilə bağlı ehtiyatlı bir optimizm var. Ola bilsin ki, bu cür nikbinlik baxımından yanılıram, amma hər halda indi sülhün bərqərar olması üçün atılan addımlar alqışlanmalıdır”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password