KTMT ordusunun Qazaxıstanı təcili tərk etməsini Çin tələb edib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) silahlı qüvvələrinin Qazaxıstanı qısa zamanda tərk etməsinin yeni versiyası məlum olub.
Məlumata görə, Çin KTMT-nin Qazaxıstanı tərk etməsini istəyib. “Exo Moskvı” radiosunun jurnalisti bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxaroyava sual verib. Sual Zaxarovanın əsəblərinə necə toxunubsa xanım sözçü həm “Exo Moskvı” radiosunu, həm də Rusiyadakı liberalları təhqir edib.
“Çin KTMT üzvü deyil, Çin qərara təsir edə bilməzdi”, – deyə Zaxarova qeyd edib.
O bildirib ki, KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması ilə eyni günlərdə xarici işlər naziri Sergey Lavrovun çinli həmkarı ilə telefon danışığı arasında heç bir əlaqə yoxdur.
KTMT qüvvələri Qazaxıstana bu ilin yanvarın 6-da daxil olmuş, 11 gün sonra ölkəni tərk edib. KTMT-nin cəmi 11 gün üçün Qazaxıstanda mövcudluğu xeyli suallar doğurub. Məsələ burasındadır ki, küçə yürüşlərinin dağıdılmasında və ekstremist adlandırlan şəxslərin neytrallaşdırılmasında KTMT qüvvələrinin heç bir rolu olmayıb, bunu Qazaxıstandakı qüvvələr təkbaşına həyata keçiriblər.
Pekin o günlərdə baş verənlərə qarışmadı. Buna baxmayaraq, Qazaxıstanda böyük yatırımları və layihələri olan Pekin başqa dövlətlərin bu ölkədə qəfil fəallaşmasına seyrçi qala bilməzdi. Pekin Kremllə strateji tərəfdaşlıq formalaşdırsa da, KTMT-nin qüvvələrinin uzun müddət Qazaxıstanda qalmasl Çinin maraqlarına cavab vermirdi.