Prezidentdən sərəncam: “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Y.M.Həsənovun “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
2. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, Yaşar Həsənov 2005-ci ildən – “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti yarandığı gündən bu quruma rəhbərlik edirdi.