NATO baş katibi Ərdoğana təşəkkür etdi – “Ukraynaya güclü dəstəyi var”


NATO baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsi səylərinə və Rusiya-Ukrayna böhranının siyasi həllinə verdiyi dəstəyə görə təşəkkür edib.

NATO baş katibi Türkiyə lideri ilə telefon danışığı aparıb.

Stoltenberq Rusiya-Ukrayna gərginliyinə siyasi həllinin tapılmasında aktiv səylərinə və Ukraynaya güclü dəstəyinə görə Ərdoğana təşəkkür edib.

Ərdoğanla Rusiyanın Ukrayna sərhəddində möhkəmlənməsini müzakirə etdiklərini deyən Stoltenberq qeyd edib: “Ona siyasi həll yolu tapmaq üçün aktiv dəstəyi və şəxsi səyləri üçün təşəkkür etdim”.

Türkiyənin Ukraynaya güclü praktiki dəstəyini alqışladığını bildirən Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password