Lukaşenko Amerika ilə apardığı gizli danışıqları açıqladı: “Artıq gecdir”
“Amerikalılar dəlidirlər, çünki Rusiya və Çini özlərinə qarşı birləşdirdilər”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Solovyova müsahibəsində deyib.
Müsahibə zamanı o 2020-ci ilin əvvəlində Belarusa səfər etmiş ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo ilə danışıqlarının bəzi təfərrüatlarını açıqlayıb.
Lukaşenkonun sözlərinə görə, görüş zamanı digər məsələlərlə yanaşı, ABŞ-ın Çin və Rusiya ilə bağlı siyasəti də müzakirə edilib:
“Pompeo bura gələndə biz onunla ofisdə oturmuşduq. Ona bir neçə sual verdim. Dedim ki, Trampa de ki, sən dəlisən. Mənə baxdı və nə demək istəyirsən? – dedi.
Nə üçün böyük hərbi potensiala malik ən güclü nüvə ölkəsini ən güclü iqtisadi gücə malik ölkəyə qarşı birləşdirdiniz və bu assosiasiyaya qarşı müharibə aparmağa çalışırsınız? Sən heç vaxt qalib gəlməyəcəksən. Siz niyə belə edirsiniz? Mən bu barədə ona danışdım. Pompeo bildirdi ki, Çin texnologiya oğurlayır, biz onların qarşısını alacağıq. Mən də bildirdim ki, artıq çox gecdir, mən Çini səndən yaxşı tanıyıram. Bu gün heç kim Çini dayandırmayacaq. Onlar sizin texnologiyalarınız olmadan da irəliləyəcəklər”.