Kütləvi məzarlıqlar: Bakı nələrə nail ola bilər?
Ermənistan 8 erməninin əvəzinə I Qarabağ müharibəsində kütləvi məzarlıqların koordinatlarını Azərbaycana verəcək: mina xəritələrinin tam dəqiq olmaması bu məsələdə də İrəvana inamı azaldır, hərçənd, razılaşmanın əldə edilməsi və prosesin inkişafı fonunda birdən çox vacib məqam var.
Birincisi, Ermənistan I Qarabağ müharibəsində kütləvi qətllər törətdiklərini etiraf edir və bunu Qərb platformasında aparılan danışıqlarda qəbul etməsi sonradan təkzib imkanını azaldır;
İkincisi, tapılacaq kütləvi məzarlıqların hər birindən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinin bir sübutu kimi istifadə etmək imkanı yaranır: tapılacaq məzarlıqların hər birində Quba Soyqırımı Memorial Kompleksi kimi abidə yaradıla bilər;
Üçüncüsü, bu istiqamətdə əldə edilcək nəticələr beynəlxalq aləmdə Ermənistanın və erməni diasporunun uzun illər apardığı təbliğat qarşısında əlimizi daha da gücləndirəcək;
Azərbaycanın bu razılaşmaya nail olması əlavə iki kontekstdə də diqqət çəkir:
– I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi istiqamətində aparılan iş dövlətə inamın güclənməsi baxımından əhəmiyyətlidir: cəbhəyə gedən əsgər anlamalıdır ki, dövlət onun taleyinə biganə qalmayacaq;
– Minlərlə vətəndaşımız 30 ildən sonra da olsa doğmasının taleyini biləcək;
– Bakı saxlanılan ermənilərdən maksimum nəticə əldə etmək üçün səmərəli şəkildə istifadə edir;
Razılaşma prosesin başlanğıcıdır və davamında Bakının əsas tələblərindən biri təkcə kütləvi məzarlıqlar yox, həm də əsirlərin taleyi olacaq. Saxlanılan digər ermənilər də bu prosesdə istifadə edilə bilər.
Asif Nərimanlı