“Denizegece” öz gözündə tükü görməyib, başqasının gözündə tir axtarır

 

Yanvar ayının 21-də Denizegece.azerbaijan arıqlama mərkəzinin fəaliyyəti ilə bağlı aktualinfo.org saytında dərc olunmuş məqaləyə sözügedən mərkəzin, “DENİZ EGECE NEUOROSCİENCE ACADEMY” MMC-nin müşahidə şurasının üzvləri, Şahverdiyev Nail Murad oğlu, Hüseynzadə Elmar Nadir oğlu, “DENİZ EGECE NEUOROSCİENCE ACADEMY” MMC-nin direktoru Şahverdiyev Murad Nail oğlu və “DENİZ EGECE KİTAB” MMC-nin direktoru Tağıyev Roman Dünyamalı oğlu tərəfindən imzalanmış çavab məktubu ünvanlanıb. Məktubda sözügedən şəxslər həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə Aktualinfo.org saytından üsr istənilməsini və təkzib verilməsini tələb edirlər. Bəs adları çəkilən şəxslər həqiqətə uyğun olmayan məlumat dedikdə nəyi nəzərdə tuturlar?

Aktualunfo.org adının hallanmasını hələlik istəməyən Naxçıvan sakininin müraciəti əsasısında dərc etdiyi araşdırma yazıda söhbət nədən gedir?  Əks tərəf kimi Denizegece.azerbaijanın nümayəndələrinə xatırlatmaq istərdik ki, hər bir vətəndaş üzləşdiyi hər hansı problemi ictimailəşdirməkdə sərbəstdir və istədiyi mətbuat orqanında dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməkdə azaddır. Naxçıvan sakini də üzləşdiyi problemlə bağlı redaksiyamıza müraciət edərək aldadıldığını bildirib. Üzləşmiş olduğu bu problemin ictimailəşdirilməsini istəyən vətəndaş həm də heç bir effekt verməyən xidmət üçün ödədiyi pulun geri qaytarılmasını tələb edir. Vətəndaşın sözügedən müraciətini olduğu kimi bir daha diqqətinizə çatdırırıq:

“Yazaraq bildirirəm ki, 18.07.2021 ci il tarixdə Denizegece.azerbaijan instagram səhifəsində gördükdən sonra İlahə adlı xanimla telefon danışığımız oldu. İlahə xanim bizə yiyərək qalıcı arıqlama, insulin dirəncinin bərpası, zob hormonlari, gərginlik, özünə qapanma və s. kimi problemlərin aradan qaldırılmasına əlavə pisxoloqlar cəlb olunacağına  100 % qarantiya verdikdən sonra 22.07.2021 ci il tarixdə bizə Şahverdiyev Murad adlı şəxsə məxsus Kapital Bank karti şəklini göndərdi. Mən həmin gün 15.34 radələrində 1035.00 AZN pulu həmin karta yüklədim, mənə hər hansı bir kassa mədaxil orderi təqdim olunmadı. Bizə Bakı şəhərindən kitab və qulaqçıqlar göndərildi. Proseslərə başlarkən 10 yaşlı qızımın 64 kq çəkisi varıydı. Həftədə 1 saat olmaqla Gövhər xanim qızım ilə WhatsAPP vasitəsi ilə danışıqlar aparırdı. Bir müddət keçdikdən sonra marafona qoşulmaq üçün Gövhər xanim əlavə olaraq 90 azn pul istədi. Daha sonralar bizdən gün ərzində qızımın minimum 20 000 maksimum 30 000 addım atmasını istədilər. O aralarda qızımın çəkisi 57 kq yendi. Çəkinin yenmə səbəbi isə qızımın dayanmadan aylarca yürüş etməsi idi . Yürüş dayandıqdan sonra qızım əvvəlki çəkisinə çatdı. Halbuki İlahə xanimla biz danışanda yürüş söhbəti olmamışdır. Proseslər bitdikdən sonra mən İlahə xanimla danışdım və məni Günel adlı xanima yönləndirdi. Günel xanim məndən onlara 1 ay müddət verməyimi xahiş edərək qızıma qəti qarışmamağımızı tələb etdi və razılaşdıq. Bir ayın tamamında qızımın çəkisi 69.5 kq çatdı. Mən vəziyyəti İlahə xanima bildirmək üçün 2 gün ərzində zənglər etdim. Təsüf ki, mənim telefonlarımı açmadı. Hal-hazırda övladımın pisxaloğyası korlanıb, yuxarıda göstərdiyim vədlərin heç birnə əməl olunmadı, ən əsasıda ödədiyim 1035.00 AZN mənə qaytarılmır. Bu yazdıqlarımın hər birini sübuta çatdırmağa səs yazısı və WhatsAPP yazışmaları mövcutdur. Əlavə olaraq oraya ödədiyim pulun qəbzini, övladımın mövçud şəklini və İlahə xanimla olan səs yazılarını CD şəklində sizə təqdim edirəm. Sizdən xahiş edirəm ki ödədiyim vəsaitin mənə qaytarılmasına köməklik göstərəsiz.”

Xatırladaq ki, məqalə dərc edilməmişdən bir həftə əvvəl biz bir mətbuat orqanı olaraq vətəndaşın şikayət və iradlarını telefon vasitəsi ilə İlahə xanıma çatdırdıq və müraciətdə qeyd olunanlara münasibətini öyrənməyə çalışdıq. Lakin İlahə xanım məsələdən xəbərdar olduğunu, bizimlə əlaqə saxlayacaqlarını bildirdi. Daha sonra özünü hüquqşünas kimi təqdim edən edən Elmar adlı şəxs bizimlə əlaqə saxladı, məsələni aydınlaşdırmaq üçün bizi ofisə dəvət etdi. Ofisdəki görüş zamanı olan söhbətimizi də ötən yazıda əks tərəfin nümayəndəsinin fikri, münasibəti kimi qeyd etdik. Sonradan “Varidat Consulting” şirkətinin (hansı ki, direktoru Nail Şahverdiyevdir) meneceri olduğunu bildiyimiz Elmar Hüseynzadə bizim Denizegece.azerbaijanla bağlı suallarımıza demək olar səthi cavab verdi, arıqlama paketlərinin konkret qiymətləri, bu qiymətlərin kimlər tərəfindən müəyyən edildiyi, bu sahədə fəaliyyət göstərmək barədə lisenziyanın olub,olmaması kimi suallarımız qaranlıq olaraq qaldı və hüquqşünas lazım olarsa təqdim edəcəklərini bildirdi. Söhbət zamanı Elmar Hüseynzadə həmçinin şikayətçi ilə bir daha danışacaqlarını bildirdi və hər hansı bir kompromis varianta gəlmək üçün çalışacaqlarını dedi. Lakin üstündən bir həftə keçməsinə baxmayaraq şikayətçi ilə heç bir əlaqə qurulmadı. Yalnız 21.01.2022-ci il tarixdə Aktualinfo.org saytında vətəndaşın müraciəti ilə bağlı araşdırma məqalə dərc olunduqdan sonra 22.01.2022-ci il tarixdə tələsik “DENİZ EGECE NEUOROSCİENCE ACADEMY” MMC-nin direktoru Murad Şahverdiyevin və “DENİZ EGECE KİTAB” MMC-nin direktoru Roman Tağıyevin imzası ilə vətəndaşa cavab verildi.

Cavab məktubunda qeyd edilir ki, tərəfinizdən 22.07.2021-ci ildə tərkibinə 3 ay ərzində təşkil olunması nəzərdə tutulmuş 12 seans daxil olan məhsul paketi sifariş edilmişdir. Həmin paketə aşağıda adları qeyd olunan məhsul və xidmətlər:

“Arıqlamada son söz” kitabı; “Arıqlamada dəyişmə müddəti” kitabı; “Arıqlamada qidalanma” kitabı; “Dinləyərək şüur kodlama” cihazı (9 ədəd audio-dinləmə); “Onlayn təlim kitabçası”; 12  seansdan ibarət,həftədə bir dəfə olmaqla psixoloq-mütəxəsislə video bağlantı vasitəsi ilə təqdim edilmiş (satılmış) metodun tətbiqi barədə canlı (onlayn) məsləhətlərin (tapşırıqların) fərdi qaydada 60-90 dəqiqə ərzində verilməsi; 12 həftə ərzində həftədə bir dəfə olmaqla, 15-20 dəqiqə telefon zəngi vasitəsilə əlaqə yaradılması, mövcud sualların cavablandırılması daxil edilmişdir. Şəkil əlavə edirik.

Burada sual yaranır. 10 yaşlı bir uşağın, yəni bir ibtidai sinif şagirdinin bu kitabları oxuyub, dərk edib, tətbiq etməsi nə dərəcədə inandırıcı görsənir? Bunu hər hansı bir psixoloq, yaxud mütəxəsis mümkün sayırsa, xahiş edərdik bizi də inandırsın. Buna ilk öncə xahiş edərdik Denizegece.azerbaijanın psixoloqları cavab versin. İbtidai sinif şagirdləri müəllimin verdiyi ev tapşırıqlarını belə həll etməyə təkcə çətinlik çəkdikləri halda, bir uşağı kitab oxuyub, SD dinləyib fərdi qaydada arıqlama proseduruna çəlb etməyə nə ad vermək olar? Təbii ki, kitab satmaqdan başqa heç nə. Burada kitabların qiymətləri də bəllidi. Sosial şəbəkələr üzərindən olunan reklamlarda 40 manatdan 250 manata qədər olduğu görsənir. Bəs 1035 manat haradan çıxdı? Hüquqşünasın dediyinə görə paketin ilkin qiyməti 1700 manat olub, pasientə endirim edilib. Burada pasientin üzərində hər hansı bir cərrahiyyə əməliyyatı olmayabsa, hansısa bahalı dərman preparatlarına xərc çəkilməyibsə, palata xərcləri yoxdusa 4 kitab iki diskə və bir neçə saat onlayn söhbətə bu qədər qiyməti kim qoyub? Xahiş edərdik Denizegece.azerbaijanın nümayəndələri bunlara aydınlıq gətirsinlər.

Bütün bu kimi məsələlərə aydınlıq gətirmək əvəzinə Denizegece.azerbaijanın rəsmiləri nə yazırlar? Yuxarıda adları çəkilən müşahidə şurasının üzvlərinin imzaladığı məktubda Aktualinfo.org saytı qeyri-peşəkar, qeyri-dəqiq, həqiqəti əks etdrməyən, yanlış məlumat ehtiva edən məlumat yaymaqda günahlandırılır. Aktualinfo.org-un nümayəndəsi müraciətlə əlaqədər Denizegece.azerbaijanın nümayəndəsi ilə görüşüb? Görüşüb. Onlardan məsələyə aydınlıq gətirməsini xahiş edib? Edib. Məqalədə əks tərəf olaraq hüquqşunasın fikirlərinə yer ayrılıb? Ayrılıb. Hüquqşünas bir ödəniş qəbzin surətindən başqa redaksiya nümayəndəsinə fəaliyyətlərinin qanuniliyi, müəyyən olunmuş qiymətlər və xidmətlər barədə hər hansı bir sənəd təqdim edib? Etməyib. Sadəcə sözlə hər şeyin qanuni olduğunu, burada onların günahı olmadığını, şikayətçinin təlimatlara əməl etmədiyini bildirib ki, bu da məqalədə öz əksini tapıb. Yox əgər onların məsələyə münasibətinə yer verilməsəydi, bu birtərəfli olardı. Belə olan təqdirdə redaksiya hansı əsasla qeyri-dəqiq, həqiqəti əks etdrməyən, yanlış məlumat yaymaqda günahlandırıla bilər? Buna öz gözündə tükü görməyib, başqasının gözündə tir axtarmaq deyirlər.

Bunlardan əlavə redaksiya müşahidə şurasının üzvlərinin imzaladığı məktubdakı bəzi məsələlərə də cavab verməyi özünə borc bilir.

Birincisi– məqalə müəllifinin adının olmaması burada heç bir qanunsuzluq yaratmır və əgər məqalənin sonunda müəllif əvəzinə saytın adı yazılıbsa, bu aktualinfo.org saytı redaksiyasının məqaləsi ilə bərabər redaksiyanın mövqeyini ifadə edir. Bütün məsuliyyət də qanuna uyğun olaraq redaksiyanın üzərinə düşür.

İkincisi– məqalədə şikayətçinin istəyi ilə adı hallanmır. Şikayətçinin kimliyini özünü Denizegece.azerbaijanın hüquqşunası kimi təqdim edən Elmar Hüseynzadə ilə “Azur” biznes mərkəzinin 17-ci mərtəbəsindəki ofisində görüş zamanı tərəf olaraq açıqlanmışdır. Hüquqşunas da şikayətçinin ərizəsi ilə tanış olduğunu bizə bildirmişdir. Məqalədə adının hallanmasını isətəməyən vətəndaşın açıqlanmaması nə qədər qanunsuz hal sayılır? Həm də, bizim məlumat verən mənbənin adını gizlin saxlamaq hüququmuz var və ancaq hansı hallarda açıqlanmasının vacibliyi “Kütləvi informasiya vasitələri haqqında” qanunda göstərilir. Burada isə şikayətçini siz də tanıyırsinız, biz də.

Üçüncüsü – Şikayətçi ilə yaxından-uzaqdan əlaqəsi olmayan Nail Şahverdiyevin adının hallanmasına gəlincə. Açıq internet resursları üzərindən apardığımız araşdırmalar zamanı Denizegece.azerbaijanın respublikada kimin tərəfindən yaradıldığını müəyyən etdik. Həmin məlimatın yerləşdiyi saytı və linki məqalədə diqqətinizə çatdırmışdıq. Bir daha xatırladırıq ki, https: www.denizegece.com.tr saytına yerləşdirilmiş məlumata görə “Azerbaycanlı iş adamı ve hukukçu Nail Şahverdiyev ve eşi Gülmira Şahverdiyeva yatırım yaparak 28 Ocak 2019 tarihinde Azerbaycan’ın başkenti Bakü’de Deniz Egece Nörobilim Akademisi kuruldu.”  https://www.denizegece.com.tr/deniz-egece-norobilim-akademisi-azerbaycanda-kuruldu/

Redaksiyaya göndərilən tələb məktubundan da göründüyü kimi Nail Şahverdiyev “DENİZ EGECE NEUOROSCİENCE ACADEMY” MMC-nin müşahidə şurasının üzvlərindən biridir. MMC-nin qurucusu kimi onun adının hallandırılması burada hansı qanun pozuntusunu yaradır və yaxud hansı məxfilik prinsipini pozur? Nail Şahverdiyevin sözügedən MMC ilə əlaqəsi olmasaydı, hə. Amma Nail Şahverdiyev MMC-nin rəsmi nümayəndəsidir və şirkətdə baş verənlərə hardasa məsuliyyət də daşıyır, deyilmi?

Dördüncüsü – Nail Şahverdiyevin adının rusiyalı biznesmen Fərhad Əhmədovla hallanmasına gəlincə. Məlumatlar hələ 19 sentyabr 2018-ci ildə bir çox elektron kütləvi informasiya vəsiyələrində yayılıb. Başqa bir mətbu orqandan götürülmüş və təkzib olunmamış məlumatın təkrar yayılması heç bir hüquqi məsuliyyət yaratmır. Link əlavə olunur. https://virtualaz.org/last/126041 İtaliya şirkəti “Paghera” ilə  F.Əhmədov arasında qarşılıqlı ittihamlarla müşaiyət olunan qalmaqalda Nail Şahverdiyevin bir hüquqşunas kimi adının hallanmasında nə kimi qanun pozuntusu, qeyri dəqiqlik var?

Sonda bir daha xatırlatmaq istərdik ki, Denizegece.azerbaijanın pasienti olmuş 10 yaşlı Xumar Bağırovanın atası qızının artıq çəkidən xilas olması üçün yiyərək qalıcı arıqlama seanslarına 1035 manat ödəməklə məhsul paketi almış, lakin bu seansların heç bir effekti olmadığından aldadıldığını iddia edərək ödədiyi pulun geri qaytarılması tələbi ilə şirkətə müraciət etmişdir. Şirkət nümayəndələri isə bir ay əlavə seans keçməyi təklif etmişlər. Vətəndaş isə bu təklifi qəbul etməmişdir. Daha sonra isə şirkət nümayəndələri onun telefon zənglərinə belə cavab verməmişlər. Üzləşdiyi problemlə bağlı Aktulinfo.org-a müraciət etmiş vətəndaşın tələbləri tərəfimizdən Denizegece.azerbaijanın nümayəndəsinə çatdırılmış, tərəflərin mövqeyi saytda işıqlandırılmışdır. Yalnız məqalə dərc edildikdən sonra şirkət numayəndələri vətəndaşla əlaqə saxlayaraq yenidən bir ay seanslara qoşulmağı təklif etmiş, tərəflərindən yüksək səviyyədə xidmət göstərildiyindən ödənilmiş vəsaitin geri qaytarılmasının əsassız olduğunu bildirmişlər.

Yeri gəlmişkən, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DENİZ EGECE NEUOROSCİENCE ACADEMY” MMC-nin dövlət qeydiyyatına alınması barədə məlumatın müəyyən olunmadığı göstərilir.

 

Telman Məmmədov

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password