Avropa Azərbaycandan daha çox qaz istəyir – İlham Şaban

 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının Azərbaycanda keçirilməsi və əldə olunan nailiyyətlər birmənalı şəkildə ölkəmizlə Avropa arasında təbii qaz sahəsində yeni bir səhifənin açıldığını göstərir.

Bu sözləri açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Oxu.az - İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə  kifayətlənməyəcək

Onun sözlərinə görə, Avropa və rəsmi Bakı enerji sahəsində əməkdaşlıqda maraqlıdır və ixracın artırılması ilə bağlı məsələlər hazırda tərəflər arasında müzakirə mövzusudur:

“Şahdəniz qazının qoca qitəyə ixracı ilə əlaqədar 17 dekabr 2013-cü ildə ölkəmizlə 10 Avropa şirkəti arasında Şahdəniz Konsorsiumu haqqında müqaviləsi imzalandı. Müqavilə üzərindən 7 il keçdikdən sonra reallaşdı. Hazırda isə Avropa Azərbaycandan əlavə qaz təchizatı ilə bağlı istəyini açıq dilə gətirir. Bu bir faktdır. Rəsmi Bakı isə öz növbəsində əlavə qaz ixracı məsələsində maraqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırır. Ancaq verilə biləcək qazın həcmi, tarixi və s. məsələlər haqqında rəsmi açıqlama yoxdur. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda bununla bağlı yeni qurulacaq komissiyanın çalışacağını, imkanların araşdırılacağını və cari ilin ortasında artıq müəyyən məsələlərin dəqiqləşəcəyini bəyan edib. Düşünürəm ki, Məşvərət Şurasının IX toplantısınadək tərəflər arasında kommersiya sazişi imzalanacaq. Ancaq saziş imzalandıqdan sonra qazın Avropaya verilmə marşrutunun hansı istiqamətdə və şərtlərlə genişləndirilməsi kimi məqamlar öz həllini tapacaq”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password