Türkiyə NATO-nun ikinci böyük gücüdür, ABŞ qorxur ki…
ABŞ-ın Türkiyəyə yönəlik F-35 proqramı ilə bağlı mövqeyi dəyişməyib.
Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“ABŞ Türkiyənin Rusiya havadan müdafiə sistemi S-400-dən istifadə etməsinə və bu yöndə ikinci razılaşmaya qətiyyətlə qarşı çıxır. Sadəcə Türkiyəni Rusiya ilə əməkdaşlıqdan yayındıracaq təzyiq vasitələri yoxdur. Eyni zamanda NATO daxilində mühüm müttəfiq və ikinci böyük güc olan Türkiyəni itirməkdən qorxurlar. Bu səbəbdən F-35 danışıqlarını davam etdirməyə qərar verdilər. Lakin danışıqların necə bitəcəyi bəlli deyil”, – deyə ekspert bildirib.
Qeyd edək ki, son günlər Türkiyə və ABŞ arasında F-35 proqramı ilə bağlı danışıqların müsbət yöndə irəlilədiyi barədə məlumatlar yayılıb.