Azərbaycan Ukraynadan torpaq sahəsi götürdü
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri zamanı bu ölkədən qidalıq taxıl istehsalı üçün 50.000 hektar civarında torpaq sahəsinin icarəyə götürülməsi razılaşdırlıb.
Bu sözləri geniş müsahibəsində millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, qida təhlükəsizliyi ilə bağlı atılan bu mühüm addım nəticəsində Azərbaycan qidalıq buğda ilə özü-özünü əhəmiyyətli dərəcədə təmin etməyi hədəfləyir:
“Ukrayna torpağı bərəkətlidir və orada bir hektardan daha keyfiyyətli və yüksək məhsuldarlıqla buğda götürmək mümkündür. Həmin icarəyə götürülən torpaqda əkin işlərini Azərbaycan şirkətləri həyata keçirəcək, istehsal olunan buğda isə ölkəmizə gətiriləcək”.
Millət vəkilinin sözlərinə görə, yaxın günlərdə bununla bağlı xırdalıqlar işlənib hazırlanacaq.