Tacikistan-Qırğızıstan sərhədində 17 ölü, 16 yaralı var – Sərhədə yaxın kəndlər boşaldılır – VİDEO
Sərhəddəki atışmadan sonra Tacikistanın 11, Qırğızıstanın isə 5 yaralı əsgəri var.
“Sputnik_Kyrgyzstan”-ın yaydığı xəbərə görə, Tacikistan hərbi texnika və hərbi hissələrini sərhədə çəkir.
Məlumata görə, Tacikistan və Qırğızıstan sərhədində baş verən qarşıdurmalarda hər iki tərəfdən ölənlərin sayı 17-yə çatıb, onlardan 11-i Tacikistan hərbçiləridir.
Tacikistanın İsfara şəhər merinin digər dövlət qulluqçuları ilə sərhəddə münaqişə yerinə gedən köməkçisi güllə yarası alıb.
Tacikistanla həmsərhəd Qırğızıstan kəndlərinin sakinləri təxliyə olunur.