Ərdoğan hərəkətə keçdi – Putin fikrindən daşınacaqmı?

 

“Kreml özünün yaratdığı indiki mürəkkəb vəziyyətdən çıxmaq istəyirsə, Ankaranın vasitəçiliyindən faydalana bilər”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərinə diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər dəvətini qəbul edib. Belə baxanda Putinin səfər edəcəyi ölkələrin sayı çox deyil. Kreml sahibi böyük fasilədən sonra bu günlərdə Hindistana səfər etmiş, bu ölkənin Baş naziri Narendra Modi ilə görüşmüşdü. Putin düşünürdü ki, Hindistana istədiyi hərbi texnikanı sata biləcək. Ancaq Dehli artıq xarici və təhlükəsizlik siyasətini korrektdə edib, Rusiya hərbi texnikasını gözüyumulu almır, ABŞ-la əməkdaşlığa üstünlük verməyə başlayıb.

Vladimir Putin fevralın 4-də Pekinə gedib Qış Olimpiya Oyunlarının açılışında iştirak edəcək, bundan sonra Ankaraya gedəcək. Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəyini təklif edib. Ərdoğan açıqlamasında həm Ukraynanın ərazi bütövlüyünə dəstəyini və bu ölkəyə hərbi müdaxiləni qəbul etməyəcəyini bildirib, həm də Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarının dinlənilməsini və dialoqun davamını zəruri hesab edib. Ankaranın mövqeyi doğrudur”.

Elxan Şahinoğlu qeyd edib ki, Kreml özünün yaratdığı indiki mürəkkəb vəziyyətdən çıxmaq istəyirsə, Ankaranın vasitəçiliyindən faydalana bilər, yox, əgər bütün hallarda Donbasın ilhaqı planlaşdırılıbsa, Türkiyədəki görüş sadəcə müharibəni bir müddət ləngidəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password