“Paşinyanın açıqlamaları qulağa xoş gəlir, amma…” – Elxan Şahinoğlu

 

“Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan hökumətinin başçısının yenidən “Qarabağın statusu” məsələsini gündəmə gətirdiyini bildirib: “Ermənistan Baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir. Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır. Yeganə yenilik İrəvanın Ankarayla başladığı dialoq və sərhəddəki nisbi sakitlikdir.

Ötən ilin noyabrın Soçidə qərar verilmişdi ki, qısa müddətdə sərhədlərin müəyyənləşməsiylə bağlı komissiyasi yaradılacaq. Komissiyadan xəbər-ətər varmı? Digər tərəfdən Paşinyan sülh sazişindən danışarkən, “Qarabağ problemi”nin buna dəxli olmadığını, bu “məsələ”nin ATƏT-in Minsk qrupu çərçivəsində həllindən danışır, yəni rəsmi Bakının rədd etdiyi “status”a işarə edir. Sülh sazişi ilə “status” bir araya sığmır”.

Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq. Bu arada, Qarabağ separatçılarının rusiyalı hərbçilərlə birgə bölgəyə gətirmək istədikləri “növbəti qonaq kim olacaq” sualı da aktuallığını qoruyur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password