Müharibə başlasa, ilk olaraq bu ərazilər… – Ekspert detalları açıqladı

 

Rusiya-Ukrayna müharibəsi başlayarsa, bu, Baltikyanı, Balkanlar, Şərqi Avropa və Qara dənizdə təsirli olacaq.

Bunu təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.

Abdullah Ağar: PKK bu dövləti məhv edir! - Sozcu.az

Rusiyanın Ukraynanı işğal edəcəyi ssenariləri fonunda NATO-nun cavab qüvvələrinin işə düşəcəyi halda, buna dəstək üçün ABŞ 8 500 hərbçisinin hazır vəziyyətə gətirildiyini elan edib.

Abdulla Ağar bildirib ki, Qərbin nəzərində Ukrayna bufer ölkədir:

“Böhran var, imkanlar var, risklər var, geosiyasi dəyər anlayışı var. Amma çox diqqətli, ağıllı və uzaqgörən olmalıyıq. Mümkün bir müharibədə Baltikyanı, Balkanlar, Şərqi Avropa, Qara dəniz təsir zonası olacaq. Siyasəti və strategiyanı balanslaşdırmaq lazımdır. Türkiyə tərəf və mövqe tutmağa məcbur olacaq”.

Tarixi reallığı və yaşananları vurğulayan Ağar qeyd edib ki, hava məkanı çox həssaslaşacaq:

“Çox top buraxdıq, çox oyunda tələyə düşdük. Müttəfiqlərimiz tərəfindən satıldıq, aldadıldıq, xəyanət edildik, əzildik, kənarlaşdırıldıq, təcrid olunduq, haqsız yerə cəzalandırıldıq. Biz rusların da nələr etdiyini xatırlayırıq və onları da unutmamışıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password