Rusiyaya qarşı bənzəri olmayan sanksiyalar – Nazirlər, milyarderlər…
Biznesmen Ruben Vardanyan və jurnalist Marqarita Simonyan ABŞ Konqresinin hazırladığı yeni layihə çərçivəsində sanksiyalara məruz qala bilər.
Forbes.ru-nun məlumatına görə, konqresmen Cim Benks Rusiyaya qarşı yeni sanksiyalar layihəsi hazırlayıb.
Sənəd layihəsi baxılmaq üçün yanvarın 19-da təqdim edilib. Layihənin mətni Konqresin saytında dərc olunmasa da, media bəzi məlumatlar əldə edə blib.
Sənədə əsasən, milyarderlər Roman Abramoviç, Əlişir Usmanov, Oleq Deripaska, Gennadi Timçenko sanksiyalara məruz qala bilər, həmçinin VTB-nin rəhbəri Andrey Kostin, VEB.RF-nin rəhbəri İqor Şuvalov, Qazprom idarə heyətinin sədri Aleksey Miller və Rosneftin rəhbəri İqor Seçin.
Baş nazir Mixail Mişustin, səhiyyə naziri Mixail Muraşko, Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova, prezidentin mətbuat katibi Dmitri Peskov, Moskva meri Sergey Sobyanin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, İstintaq Komitəsinin bəzi üzvləri Aleksandr Bastrıkin, İsgəndər Mahmudov və digər şəxslər sanksiya altına düşə bilər.
Bundan başqa, RT-nin baş redaktoru Marqarita Simonyan, jurnalist Vladimir Solovyov, Birinci Kanalın baş direktoru Konstantin Ernstə də yeni sanksiyalar tətbiq edə bilər.
Qanun layihəsinin tətbiqinə dair ABŞ prezidenti Co Bayden əsasların olduğu qənaətinə gələrsə, proses başlana bilər. Əgər bu layihə qəbul olunarsq, Rusiyaya bənzəri olmayan sanksiya sənədi kimi tarixə düşəcək./teleqraf.com