Rusiyanın hədəfi Ukraynanın PUA bazalarıdır – Ağar ŞOK DETALLARI açıqladı

 

ABŞ Prezidenti Co Baydenin “Putin Ukraynanı işğal etməyə hazırlaşır” sözlərinin şifrələri nələrdir? Ukraynaya mümkün işğal hansı nəticələri ortaya çıxaracaq? Regiondakı hadisələr təkcə Ukrayna ilə məhdudlaşacaqmı? Şimali Avropa və Balkanlarda diqqətçəkən risk detalı nədir? 

Terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Ukrayna ilə Rusiya arasında davam edən gərginliyi şərh edib.

“Bu müharibə Türkiyəni tərəf olmağa məcbur edəcək”

Mümkün Ukrayna-Rusiya müharibəsinin Türkiyə üçün böyük maraq kəsb etdiyini bildirən Ağar “Bizim üçün bu müharibədən kənarda qalmaq çox çətindir. Birincisi, ən çox təhdid edəcək şeylərdən biri balans siyasətimiz olacaq və irəli sürməyə çalışdığımız strategiya. Bu müharibə bizi tərəf olmağa məcbur edəcək. Digər bir tərəfi isə satdığımız PUA-lardır. Onlar yeni nəsil müharibə doktrinasından çox narahatdır. Çünki bu PUA-lar ruslara külli miqdarda ziyan vurdu. Təsəvvür edin ki, Rusiya müharibəyə girir və onu uduzur. Türk PUA-larının bu məsələdə çox böyük rolu var. Bu, böyük qəzəb doğuracaq. Onlar bunu görməyi heç vaxt istəməzlər. Onlar heç vaxt ağıllarına gətirməyəcəklər ki, terror təşkilatlarının bizə qarşı istifadə etdiyi silahlar rus silahlarıdır. Əslində, onların belə bir şeyə haqqı yoxdur. Amma özlərini haqqı var imiş kimi görür. Heç olmasa, təzyiq görür. Ən azından təzyiq altına almağa çalışırlar”, – bildirib.

“ABŞ hesablaşma istəyir”

Baydenin “Rusiya Ukraynanı işğal edərsə, ortaqlarımız və müttəfiqlərimizlə birlikdə Rusiyaya zərər verəcək ciddi addımlar atmağa hazırıq” sözlərini şərh edən Abdullah Ağar qeyd edib ki, ABŞ Ukrayna üzərindən bir hesablaşma istəyir: “Rusiyanın nə qədər qüdrətli bir ölkə olduğunu görmək istəyir. Ola bilsin ki, bunu öz aralarında da paylaşıblar. Aralarında gizli bir razılaşma ola bilər”.

“Dərin əməliyyatlar və sabotajlar görə bilərik”

A.Ağar bildirib ki, Rusiya təkcə türk PUA-larından deyil, bunlar da daxil olmaqla, Ukraynanın həyata keçirə biləcəyi yeni nəsil döyüş doktrinasından və bunun Rusiya ordusuna göstərə biləcəyi təsirdən də narahatdır: “Bu səbəbdən Ukraynanın PUA və PUA bazalarının hədəf aldığı təyyarə hücumları, ballistik və taktiki ballistik raket hücumları, E/T, SİHA-TİHA, dərin əməliyyatlar və təxribatları əvvəldən görə bilərik. Ukraynanın bütün bunlara müqavimət göstərməsi müharibənin gedişində əsas parametr olacaq”.

“Müharibəni dayandırmaq bu müddətdə mümkün deyil”

Hazırda Ukraynanın 15% torpağının itirildiyini və ABŞ-ın bu vəziyyəti dayandıra biləcəyini bildirən Ağar “ABŞ-ın fərqli üsulları var. Rusiyanı siyasi və iqtisadi sanksiyalarla hədələməklə müharibəni dayandırmaq mümkün görünmür. Amma belə bir şey edə bilər: 2 C5 “Galaxy” yerə enəcək. ABŞ xüsusi təyinatlıları də gələcək və cəbhədə Amerika bayrağını açacaqlar. Deyərlər ki, atəş açsan, birləşmiş qüvvələrə qarşı çıxacaqsan. Bu, Rusiyaya qarşı son dərəcə hərbi maneə yaradır. Bu, bir nümunədir”, – deyib.

“Bunun ABŞ və Rusiya arasında müharibəyə çevrilməsini istəməzlər”

Ekspert qeyd edib ki, Böyük Britaniyadan böyük miqdarda silah tədarükünün edildiyini görürük: “ABŞ hər cür dəstəyi verəcəyini deyir. Sanki müharibənin aparılmasını istəyirlər. Deməli, bu, əslində bir çox tərəfə sərf edir. Gərginliyin artması səbəbindən burada hər kəs öz oyununu oynayır. Bunun ABŞ-la Rusiya arasında müharibəyə çevrilməsini istəməzlər. Amma onların Ukrayna-Rusiya müharibəsinin baş verməsini istəmə ehtimalı son dərəcə yüksəkdir”.

“Şimali Avropa və Balkan ölkələri üçün risk”

130 min nəfərlik Ukrayna ordusunu məğlub edib bir ölkəni işğal etməyin asan olmadığını bildirən Ağar “Burada ağlıma daha pis ssenarilər gəlir. Gəlin, bir müqayisə edək. İŞİD ortaya çıxanda 600 yaraqlı Mosulu çökdürdü. Bu, burada bitmədi. Başqa sözlə desək, qarşılıqlı əlaqələrə böyük təsir göstərdi. Avropa qitəsinin, ABŞ-ın iştirak etdiyi Rusiya ilə Ukrayna arasında gərginlik təkcə Ukrayna ilə bağlı deyil. Əvvəla, Şimali Avropa və Balkan ölkələrinin hərəkətlənməsi ilə bağlı böyük risk var” – deyə qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password