Ərdoğandan Ukrayna açıqlaması: Əliyevlə danışacağam

 

Rusiyanın Ukrayna işğalını real yanaşma kimi görmürəm. Çünki Ukrayna sıradan bir ölkə deyil, güclü ölkədir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bundan əlavə, Rusiya bu addımı atması üçün bütün dünyadakı vəziyyəti və öz vəziyyətini gözdən keçirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. İndi cənab İlham Əliyevlə danışacağam. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. İndi biz müharibəni siyasət tarixindən silməliyik. “Bir ərazinin torpaqlarını zəbt edim, götürüm” məntiqi ilə işlər getməz. Məsələn, Rusiya Ukraynada nə etdi? Krıma çökdü. Krımın işğalına qarşı olduğumuzu hər dəfə cənab Putinə deyirəm. Bunları bizim Xarici İşlər Nazirliyi də həmsöhbətlərinə deyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır”, – Ərdoğan bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password