Rusiyanın “qırmızı xətt”ini keçirlər – Ukrayna və Gürcüstanla bağlı şok qərar

 

“NATO Ukrayna və Gürcüstanı üzv qəbul etmək qərarına gəlib, amma son tarix təyin etməyib”.

Bu barədə təşkilatın baş katibi Yens Stoltenberq “La Repubblica” qəzetində dərc olunan müsahibəsində bildirib.

Йенс Столтенберг: Китай и Россия представляют собой вызовы для НАТО и  многих других стран

“Ukrayna artıq qoşulmaq üçün müraciət edib və biz bu ölkənin islahatlarını dəstəkləyərək, silahlı qüvvələrin standartlarımıza uyğun modernləşdirilməsinə kömək etməklə bu istiqamətdə işləmək qərarına gəldik. 2008-ci ildə biz Ukrayna və Gürcüstanın NATO üzvü olacağına qərar vermişdik, amma dəqiq vaxt təyin etməmişik”, – Stoltenberq bildirib.

Onun fikrincə, hazırda Ukrayna 2014-cü ildə olduğundan xeyli yüksək müdafiə qabiliyyətinə malikdir. Baş katib həmçinin xatırladıb ki, kollektiv müdafiə prinsipi yalnız NATO-ya üzv dövlətlərə şamil edilir.

Stoltenberq NATO-ya üzvlük qərarının Ukrayna və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan 30 dövlətin işi olduğuna da diqqət çəkib.

Rusiya bundan əvvəl NATO və ABŞ-a müraciət edərək, Gürcüstan və Ukraynanın alyansa qəbul edilməsini “qırmızı xətt” adlandırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password