Lukaşenko Qazaxıstanla bağlı kəşfiyyat məlumatını açıqladı

 

Qazaxıstandakı etiraz aksiyaları ilə Belarusda 2020-ci ildə baş verənlər arasında ümumi oxşarlıqlar görünür.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Hər iki aksiyanı müqayisə edən Lukaşenko bildirib ki, Qərb xüsusi xidmət orqanlarının müdaxiləsi olmasaydı, bu hadisələr də olmazdı.

“Bu hadisələrin arxasında dövlətlər dayanır. Xatırlayın, 2020-ci ilin avqustunda bu ölkələr – bilirsiniz kimlərin əli ilə – bizə gəlmişdi. Əlbəttə, bütün qarışıqlıqları onların xüsusi xidmətləri yaradır. Amma burda onların buynuzlarını qırdıq”, – Lukaşenko qeyd edib.

Lukaşenko vurğulayıb ki, Belarus hadisələrindən sonra kollektiv Qərbin əsas hədəfi öz məqsədlərini gizlətmək olub:

“Xüsusi xidmətlər işlədi və heç kəs onların (bu işin arxasında olan dövlətlərin) fərqinə varmadı. Qazaxıstan kimi möhtəşəm dövlətdə o cür miqyaslı aksiyalar bir sutkada baş verdi?”

O, Qazaxıstanda böyük transmilli şirkətlərin maraqlarının kəsişdiyini iddia edib:

“Buna görə də komanda verildi: “Tələsməyin, sakit olun, hər şey aydın olanda səhnəyə çıxacağıq” – mən kəşfiyyatımızın ilk gündəki məlumatından sitat gətirdim. Hər şey orda vardı. Qazaxıstan, Belarus kimi, açar məntəqədir. Biz – Avropada, onlar – Mərkəzi Asiyada”.

Lukaşenko bildirib ki, Qazaxıstandan Rusiyanı “qızışdırmaq” mümkün idi; Əfqanıstan biabırçılığını (ABŞ-ın Əfqanıstanda uduzub çıxması – red.) kompensasiya etmək və nəinki Çinə, hətta bütün Asiyaya təsir etmək olardı:

“Buna görə də stavka olduqca yüksək idi”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password