“Çoxları çalışacaq ki, bu alınmasın, amma biz…” – Paşinyandan şok sülh mesajı

 

Ermənistan Baş naziri Nikol Paşinyan Cənubi Qafqazın dinc inkişaf gündəliyinə sadiqliyini bir daha bəyan edib.

O, bu barədə Ermənistan hökumətinin iclasında danışıb.

“Biz öz siyasətimizi açıqlamışıq. Mən iki şey haqqında danışmışam və bu, hökumətin proqramında öz əksini tapıb. Bizim əsas vəzifələrimizdən biri ölkəmizin müdafiə qabiliyyətini ardıcıl olaraq artırmaqdır. Lakin digər tərəfdən dedim ki, ölkəmiz və regionumuz üçün elan etdiyimiz dinc inkişaf gündəmini açmaq üçün bizə güclü əsəblər lazımdır”, – Paşinyan deyib.

Onun sözlərinə görə, çoxları bunun mümkün olmadığını sübut etməyə çalışacaq: “Amma biz ardıcıl olaraq bu yolla gedəcəyik və ölkəmiz ətrafında sabit və təhlükəsiz mühit yaratmaq üçün hər şeyi etməliyik”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password