Təxribat ermənilərə baha başa gəldi – “Cavab İsrail üslubundadır”

 

“Ordumuz Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatına qarşı cavab tədbirləri nəticəsində düşmənin iki postu darmadağın edilib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv olunub”.

Bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist 5-8 arası erməni hərbçisinin məhv edildiyini bildirib və düşmənin çox sayda yaralısının olduğunu bildirib.

Elçin Alıoğlu Ermənistanın üçtərəfli anlaşmalardan boyun qaçırdığını söyləyib:

“Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır. Bütün hallarda Azərbaycan ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb.

 

Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”.

Jurnalist KTMT-nin Qazaxıstandakı “sülhməramlı missiya”sından cəsarətləndiklərini bildirib:

“Görünür, Paşinyan və erməni generalları Qazaxıstanda “sülhməramlılar” rolunu sınadıqdan sonra daha da cəsarətləniblər. Amma siz çox səhv hesabladınız. Azərbaycan əsgərinə qarşı durmaq Almatı bazarını qorumaq deyil. Cavablarımız İsrail üslubundadır və olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password