Şəhidimizin qisası alındı – Erməni tərəfində çoxlu sayda ölü və yaralı var
Bu gün Ermənistan silahlı qüvvələri heç bir səbəb olmadan Kəlbəcər istiqamətində təxribat törədib. Düşmənin Azərbaycan orsudunun postuna hücumu nəticəsində bir hərbçimiz şəhid olub. Amma ordumuzun qətiyyətli tədbirləri nəticəsində erməni tərəfinin bu hərbi avantürası tam iflasa uğrayıb və şəhidimizin qanı yerdə qalmayıb.
Ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib.
İlkin məlumatlara görə, 5-8 arası erməni hərbçiləri məhv edilib, çoxlu sayda yaralılar var.
Görünür, Nikol Paşinyanın KTMT sammitinə formal sədrlik etməsi və Qazaxıstana hərbçi göndərməsi onu yeni avantüraya həvəsləndirib. Amma bu avantüra baş tutmayıb və erməni hərbçilərin ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.