Azərbaycan Ordusunun əsgəri şəhid olub

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

“Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki,

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir.  Məlumata görə, 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur.

Ondan böyük bir qardaşı var. O, subay olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password