Türkiyənin planı Rusiyanı panikaya saldı – “Qazax üsyanı”nın arxasındakı əsl səbəb

 

“Türkiyənin təsir dairəsi genişləndikcə qərblilər və ruslar panikaya düşür”.

Bunu türk siyasi ekspert Yusuf Kaplan deyib.

Yusuf Kaplan Türkiyənin türk dünyasındakı nüfuz dairəsini getdikcə genişləndirdiyini söyləyib:

“Türkiyə gücləndikcə qərblilər panikaya düşür. Türkiyənin təsir və nüfuz dairəsi genişləndikcə qərblilər Türkiyənin qayıdışına mane olmağa çalışırlar. Türkiyənin yenidən qlobal oyunçu kimi tarix səhnəsinə çıxmasından ruslar və çinlilər də narahatdır. Şər cəbhəsi gözlənilməz zamanda gözlənilməz ittifaqlar qurur, elə deyilmi? Buna görə də bunu çox açıq və aydın deyirəm: Qazaxıstanda baş verənlər Türkiyəyə vurulmuş zərbədir”.

Ekspert qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) qurucu ağlı Qazaxıstan, amma arxasındakı ağıl, beyin və ürək də Türkiyədir:

“TDT son dörddəbir əsrdə həyata keçirilən ən mühüm, həyati və strateji layihələrdən biridir. Bu ideya çox möhtəşəmdir. Braudel “Tarixin itirilmiş övladları türklər” sözünü əbəs yerə deməyib. “Soyuq müharibə”dən sonra türk cümhuriyyətləri sovet imperializmindən qurtulub müstəqilliklərini əldə etdilər. Türklər müsəlman olduqdan sonra min il Asiya və Avropanın tarixini yazıblar. TDT layihəsini hazırladıq, digər türk respublikaları da bizə etibar edərək öz adlarına imza atdılar. Amma biz bunu yaxşı bilirik: Rusiya türk cümhuriyyətlərini təzyiq altında saxlayır.

Bu zehni işğala yalnız biz son qoya bilərik. Amma ilk növbədə Türkiyə toparlanmalıdır ki, növbəti əlli ildə mənəvi və intellektual olaraq irəliyə sıçrasın, həm TDT-ni, həm də Osmanlı coğrafiyasını yenidən toparlayıb yüksəltsin. Buna hazırlaşmalıyıq, həm də yaxşı hazırlaşmalıyıq”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password