Türk Akademiyasının Qazaxıstanla bağlı bəyanatı

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı Qazaxıstandakı son durumla bağlı bəyanat yayıb.

Bu barədə Akademiyanın internet səhifəsində məlumat verilib.

Bəyanatda deyilir:

“Beynəlxalq Türk Akademiyası Qazaxıstanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı edilən hücumları şiddətlə qınayır. Biz mülki insanların həyatını təhdid edən və ictimai sabitliyi pozan bütün terror aktlarını qınayır, dövlətin təməllərini sarsıdan və ölkəyə zərər verən xuliqanlıq hadisələrinə bütün qəlbimizlə qarşı olduğumuzu ifadə edirik. Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev tərəfindən qəbul edilən qərarları və aparılmaqda olan terrorla mübarizə əməliyyatını tam şəkildə dəstəkləyirik.

Bu kritik mərhələdə cəmiyyətin birliyini qorumasının və hər vətəndaşın prezidenti dəstəkləməsinin zəruri olduğuna inanırıq. Qazaxıstanda sabitliyin dərhal təmin edilməsi qardaş türk ölkələri üçün çox önəmlidir. Bu səbəbdən bu çətin zamanda Qazaxıstandakı sosial və siyasi vəziyyətin sürətli bir şəkildə sabitliyə qovuşdurulmasını diləyirik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password