Qazaxıstan rəhbərliyi ölkədəki vəziyyəti xaricdən hücum kimi qiymətləndirib

 

Qazaxıstan hakimiyyəti ölkədənin daxilində yaranmış vəziyyəti sərhəddən xaricdən hücum kimi qiymətləndirib.

“RİA Novosti”nin yaydığı xəbərə görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyindən bildirilib.

“Qazaxıstandan daxil olan müraciətdə bildirilir ki, ölkədəki vəziyyət xaricdə təlim keçmiş quldur dəstələrinin hücumu kimi qiymətləndirilir”, – xəbərdə qeyd edilir.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi Qazaxıstan tərəfindən yardım üçün müraciətin daxil olduğunu təsdiqləyir. Müraciətdə bildirilir ki, bu vəziyyət xaricdən təlim keçmiş quldur birləşmələrinin basqını kimi qiymətləndirilir”, – təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, Qazaxıstan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr aparıb, respublikaya hərbi yardım göstərilməsi üçün təşkilata üzv dövlətlərin başçılarına müraciət göndərib.

“KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib”, – məlumatda vurğulanır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password