Qazaxıstanda etirazlar nədən iğtişaşlara çevrildi? – “Vəziyyət gərgin olaraq qalarsa…”

 

Qazaxıstanda yanacağın qiymətinin artmasına qarşı etirazların səngiyəcəyi gözlənilsə də, əksinə gün ərzində iğtişaşa çevrilib. Yayılan məlumatlara görə, Almatı şəhərində hökumət və prokurorluğun binaları yandırılıb. Hüquq mühafizə orqanları etirazçılara qarşı güc tətbiq edib, amma nümayişçilərin bəziləri ələ keçirdikləri silahlardan onlara atəş açmaqla cavab veriblər.

Hökumətin geri çəkilərək tələbləri qəbul etməsinə, nümayişçilərə qarşı amansız olmamasına rəğmən hadisələrin bu məcrada inkişaf etməsi olaylarda xarici qüvvələrin rolunun olduğu barədə şübhələrə yol açır. Ekspertlərə görə, xüsusən, Qazaxıstan hakimiyyətinin son illər apardığı islahatlar, Türkiyə ilə yaxınlaşma siyasəti, Türk Dövlətləri Təşkilatında dinamik fəaliyyət, milli köklərə qayıdış, Türk milli kimliyinin dövlət səviyyəsində təbliği Rusiyanı qıcıqlandırır.

Xatırladaq ki, Rusiya prezidenti V.Putin çıxışlarının birində Qazaxıstanı nəzərdə tutaraq postosvet ölkələrini “kvazi dövlətlər” adlandırmışdı.

Politoloq Elxan Şahinoğlu şərhində bildirib ki, Qazaxıstanda hadisələr spontan başlayıb və baş verənləri heç kim gözləmirdi.

“Mən orada xarici əl axtarmağın o qədər də tərəfdarı deyiləm. Çünki bir bölgədə yanacağın qiyməti iki dəfədən çox qaldırılıb, camaat da ona etiraz edib. Daha sonra başqa şəhərlər də bu etirazlara qoşulub”,– ekspert əlavə edib.

Politoloq qeyd edir ki, bu etirazlardan xarici qüvvələrin öz məqsədləri üçün istifadə edəcəyi istisna olunmur: “Əslində Rusiyanın iğtişaş yaratmaq üçün gərək elə də ciddi səbəbələri olmasın. Çünki Qazaxıstanın indiki hakimiyyəti Rusiyaya bağlıdır və Kremlin bütün layihələrində iştirak edirlər. Rusiyanın iğtişaş yaratmaqla onun nəticəsini əvvəldən necə müəyyənləşdirə bilər? Qərbin də prosesdə hansısa rolunun olduğunu zənn etmirəm. Hələlik qiymət artımına qarşı etirazlardır, amma getdikcə iğtişaşlara çevrilir və toqquşmalar haqda xəbərlər gəlir. Vəziyyət gərgin olaraq qalsa, istisa etmirəm ki, ondan hansısa qüvvələr, xarici mərkəzlər öz məqsədləri üçün istifadə etsinlər. Rusiya və Çin Qazaxıstanla sıx əməkdaşlıqda malik olmaqla indiki hakimiyyətin davamında maraqlıdırlar. Ona görə də hadisələrin bu ölkələr tərəfindən planlaşdırıldığıı güman etmirəm”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password