Separatçılar Qarabağda buna görə terror törədir

 

Fikrimcə, törədilən terror aktlarının iki əsas səbəbi var. Birincisi odur ki, keçmiş əliqanlı Qarabağ klanı və xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən ünsürlər bölgədəki mövcud prosesin inkişafını və nəticədə sülhün əldə edilməsini əngəlləmək istəyirlər. Dünən baş verən hadisəni də (Baksell əməkdaşının Ağdamda güllə atəşinə tutulması və onun yaralanması – red.) bu çərçivədə qiymətləndirməyimiz daha doğru olar.

Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

“Digər bir səbəb isə Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyəti ilə bağlıdır. Rus sülhməramlıları öz vəzifələrini layiqincə yerinə yetirmir və baş verənlərə göz yumurlar, nəticədə vəziyyət gərginləşir. Məqsəd rus sülhməramlarının bölgədə qalma müddətini uzatmaq, buraya başqa sülhməramlı missiyanın gətirilməsini əngəlləmək və həm Azərbaycanı, həm də Ermənistanı Rusiyadan asılı hala salmaqdır”, – Karauz bildirib.

Qeyd edək ki, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Məhəmməd oğlu Rəhimli erməni separatçılarının açdıqları atəş nəticəsində yaralanıb./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password