Saakaşvili zor gücünə türməyə qaytarıldı

 

Eks-prezident Mixail Saakaşvili Qori hərbi hospitalından Rustavi şəhərindəki türməyə qaytarılıb.

Bu sözləri onun vəkili Nika Qvaramiya deyib.

Qeyd edək ki, aclıq aksiyasından sonra Saakaşvili müalicə olunması üçün Qori hospitalına köçürülmüşdü. hazırda onun səhhəti yaxşı olmasa da, Penitensiar Xidmət Saakaşvilinin artıq müalicə olunduğu və həbsxanaya geri qaytarılacağını açıqlamışdı.

Türmənin önünə Mişanın tərəfdarları da toplanıb.

Ədliyyə Nazirliyi hələlik Saakaşvilinin türməyə qaytarıldığını rəsmən açıqlamayıb.

“Bu adamlar konkret tapşırıqlar alıblar ki, Saakaşvili Yeni ili həbsxanada keçirməlidir və onu da yerinə yetirirlər”, – Vahid Milli Hərəkat Partiyasından deputat olan Xevan Xabeişvili jurnalistlərə açıqlamasında belə deyib.

Hazırda Saakaşvilinin gətirildiyi həbsxananın ərazisinə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları, su püskürdən maşınlar gətirilib.

Vahid Milli Hərəkatdan olan digər deputat Eka Xerxeulidze də bildirib ki, Saakaşvili zor gücünə həbsxanaya gətirlib. Rustaviyə aparan bütün yollar xüsusi təyinatlılarla doludur./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password