Postmünaqişə dövrünün ilk ili: Qarabağ ətrafında nələr oldu?

 

6 yanvar: İlham Əliyev 2020-ci ilin yekunlarına dair müşavirədə müharibədən sonra “Xankəndi Azərbaycan torpağıdır” deyə bəyan etdi;

11 yanvar: Moskvada Əliyev-Putin-Paşinyan görüşü keçirildi və kommunikasiyanın açılması ilə bağlı üçtərəfli bəyanat imzalandı: razılaşmaya görə, üçtərəfli İşçi Qrupu yaradılır və bu qrup 1 mart tarixində qədər kommunikiyasının açılması üzrə qrafiki hazırlayaraq, təsdiq edilməsi üçün liderləyə təqdim etməlidir; bu görüş müharibədən sonra tərəflərin ilk canlı təması idi;

14 yanvar: Prezident ilk dəfə Şuşaya səfər etdi və “statusun olmadığının, Qarabağın bütün ərazilərinin Azərbaycan olduğunun” mesajını verdi;

30 yanvar: Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı; Türkiyə ordusu rəsmi şəkildə bölgəyə gəldi;

Mart: Əliyev 10 noyabr razılaşmasından nəzərdə tutulan Naxçıvana çəkiləcək yolun Zəngəzur dəhlizi olduğunu elan etdi;

Aprel: Əliyev Azərbaycanın tarixi torpaqlarına – İrəvana, Zəngəzura qayıdacağımızı elan etdi;

May: Azərbaycan işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpası prosesinə praktiki olaraq başladı; burada gərginliyin Qarabağdan sərhədə köçürülməsi strategiyası da diqqət çəkirdi;

15 iyun: Ərdoğanla Əliyev Şuşada Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladı;

7 iyul: Əliyev “Dağlıq Qarabağ” ifadəsini ləğv etdi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratdı; ermənilərin yaşadığı ərazilər – Xankəndi, Xocalı və Xocavəndin taleyi ilə bağlı rəsmi qərar verildi; bu həm də Zəngəzurun qərb hissəsi ilə bağlı hədəfin rəsmiləşməsi idi;

Sentyabr: Bakı İranın Xankəndinə qanunsuz yük daşımasına qarşı Gorus-Qafan yolunda praktiki addımlara başladı və nəticə əldə etdi;

26 noyabr: Soçidə üçtərəfli görüş keçirildi; sərhədin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırıldı;

15 dekabr: Brüsseldə üçtərəfli görüş keçirildi; kommunikasiyanın açılması üzrə razılaşma əldə olundu; Avropa İttifaqının timsalında postmünaqişə dövrü Qərbdə də qəbul edildi.

 

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password