Rusiya Azərbaycana meşə sənayesi məhsullarının ixracını artırıb

 

Rusiya Federasiyasının Başqırdıstan Respublikası xarici ölkələrə, o cümlədən Azərbaycana meşə sənayesi məhsullarının ixracını artırıb.

Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə ölkənin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Başqırdıstan Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Başqırdıstan ilin əvvəlindən dünyanın 20-yə yaxın ölkəsinə meşə sənayesi məhsulları ixrac edib.

Başqırdıstanın ağac emalı müəssisələrinin işlənmiş və yuvarlaq ağacları, yarpaqlı və iynəyarpaqlı ağaclardan hazırlanan rəndələnmiş, kəsilmiş və örtüklü lövhələr, mebel hissələri, şpon, faner və digər məhsulları dünyanın 19 ölkəsi tərəfindən alınıb.

Eyni zamanda, qarşı tərəflərin siyahısı hər il artır. Qeyd edilir ki, Başqırdıstan meşələrinin ənənəvi alıcıları sırasına Azərbaycan, Əfqanıstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Əlcəzair, Rumıniya, İtaliya, Çexiya, Misir, Küveyt və digər yaxın, uzaq ölkələr də qoşulub. 2021-ci ildə ixrac edilən taxta-şalbanın ümumi həcmi 152 min 164 kubmetr təşkil edib.

Xatırladaq ki, daha əvvəl “Rosselxoznadzor” tərəfindən dünyanın 18 ölkəsinə ixrac olunan 127 976 kubmetr mişar və taxta məhsulları ixrac edildiyi bildirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password