Yair Lapid: “İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək”

 

İsrailin xarici işlər naziri Yair Lapid İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini və bunu nüvə müzakirələrində iştirak edən ölkələrə, xüsusən də ABŞ-a açıq şəkildə çatdırdıqlarını bildirib.

İsrail parlamentində Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında çıxış edən Lapid, İranın nüvə proqramını dayandırmağın İsrailin əsas təhlükəsizlik və xarici siyasət imtahanı olduğunu bəyan edib.

“Bunu hər kəsə açıqladıq: İranın nüvə silahına sahib dövlətə çevrilməsinə imkan verməyəcəyik. Bizim prioritetimiz təbii ki, beynəlxalq əməkdaşlıq şəklində hərəkət etməkdir. Lakin lazım gələrsə, özümüzü müdafiə etməkdən də çəkinməyəcəyik”, -deyə nazir vurğulayıb.

Lapid, İranın “dünyanı sistematik şəkildə aldatdığına” dair qəti kəşfiyyat məlumatlarını müttəfiqləri ilə bölüşdüklərini bildirərək, İranın yeganə məqsədinin “sanksiyaları ləğv etmək və nüvə proqramına, Hizbullah, Suriya, İraq və dünyadakı terror şəbəkəsinə milyardlarla dollar köçürmək” olduğunu iddia edib.

“İsrail İranla razılaşmaya qarşı deyil. Amma yaxşı razılaşmaya. Biz İranın nüvə proqramına, maliyyə resurslarına və terror şəbəkəsinə nəzarət etməyəcək razılaşmanın əleyhinəyik”, – deyə Lapid qeyd edib.

Xatırladaq ki, bu gün Vyanada İranın nüvə proqramı üzrə beynəlxalq danışıqların 8-ci raundu keçirilir.

Mənbə: TRT

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password