Əhməd Cavadın ev muzeyi yaradılacaq, 130 illiyi qeyd olunacaq
Əhməd Cavadın ev muzeyinin yaradılması, 130 illiyinin qeyd olunması nəzərdə tutulub.
Bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi Əhməd Cavadın 130 illiyinin keçirilməsi ilə bağlı təkliflər hazırlayır: “Təklif planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək. Daha sonra bununla bağlı işlər həyata keçiriləcək. Eyni zamanda Əhməd Cavadın ev muzeyinin yaradılması məsələsinə də baxılacaq”.