Ya pulumuz qaytarılmalıdır, ya da… – Çavuşoğlu
Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Bir tərəfdə F-35-lə bağlı CAATSA sanksiyası, digər tərəfdən də Konqresdəki vəziyyət… F-35 alınmayacağı halda ya pulumuz qaytarılmalıdır, ya da yeni silahlar verilməlidir”, – deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyə F-35 üçün ödədiyi 1,4 milyard vəsaitin əvəzinə modernləşdirilmiş F-16 qırıcıları tələb edir.