Türkiyədən Qarabağ açıqlaması: Fərqli proses gedir

 

Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi antitürkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

“Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporunun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarını qaytarması ilə orada tarixin yeni səhifəsi açılıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password