Paşinyan Zəngəzura qarşı çıxsa, Kreml bu addımı atacaq
Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı bir çox açıqlamalarını “Söz vermək evlənmək demək deyil” məşhur ifadəsi ilə dəqiq xakakterizə etmək olar. Üstəlik, Paşinyan rəsmi beynəlxalq sənədləri imzalayıb. Həmin sənədlərə görə, Ermənistan bu dəhlizin fəaliyyətini təmin etməyi öhdəsinə götürüb. Ümid edirəm ki, onun hazırkı bəyanatları konkret əməllərlə təsdiqlənəcək. Özünü suqsvanqa salsa belə.
Bunu PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov Ermənistanın Baş naziri Nikol Paşinyanın “Azərbaycanla Naxçıvan arasındakı yol Ermənistanın xeyrinə olacaq” ifadəsini şərh edərkən deyib.
Arkovun vurğulayıb ki, Bakı artıq açıq-aşkar və sərt şəkildə dəhlizlə bağlı məsələnin birmənalı şəkildə həllini tapacağını, məqsədə istənilən yolla nail olunacağını bildirib:
“2020-ci ilin payızında İrəvanın işğal olunmuş Azərbaycan ərazilərini azad etmək üzrə öhdəliklərini yerinə yetirməkdən uzun müddət yayınmasının nələrə gətirib çıxardığını hamımız müşahidə etdik. Ermənistanda ağlı başında olanların heç biri bunun təkrar olunmasını istəmir.
Digər tərəfdən – Moskva: aydın məsələdir ki, Nikol Paşinyanın hakimiyyətdə qalmasına icazə verilib və Qarabağın həlli ilə bağlı qarşıya qoyulan vəzifələri yerinə yetirməkdə davam etmək şərti ilə parlament seçkilərinin nəticələrinin aşkar saxtalaşdırılmasına göz yumulub.
Paşinyan bundan tamamilə imtina edəcəyi təqdirdə problemlərin həlli ilə başqa siyasətçi məşğul olacaq və Ermənistana rəhbərlik ona həvalə olunacaq.
Moskvada bunun üçün kadr ehtiyatı mövcuddur. Həmin siyahıda ruspərəstlilərdən əlavə kompromisli, qərbyönümlü siyasətçilər də var”, – deyə həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə görə, nəqliyyat dəhlizinin Ermənistanın özü üçün həm siyasi, həm də iqtisadi cəhətdən faydası çoxdan müzakirə olunur:
“Birincisi, buna cavab olaraq Azərbaycan və Türkiyə Ermənistanın blokadasını aradan qaldıracaq və ticarət dövriyyəsi rəsmi olaraq başlayacaq.
İkincisi, nəqliyyat dəhlizi iqtisadiyyatın formalaşması üçün investisiyaların cəlb edilməsinə, Ermənistanda xeyli sayda yeni iş yerlərinin yaradılmasına imkan verəcək (bu ölkədə işsizlik məsələsi son dərəcə kəskindir – red.)
Bundan əlavə, nəhayət, xalqlar arasında mehriban qonşuluq düşmənçilikdən tamamilə üstün olduqda, Zəngəzur dəhlizi ilə nəinki yük, hətta Azərbaycandan gələn sərnişinlər də təhlükəsiz hərəkət edə biləcəklər.
Nəticə etibarı ilə turizmi inkişaf etdirmək imkanı yaranacaq”./axar.az