Anklavlar məsələsi: Ordu həll etsin, yoxsa diplomatiya?
Anklavlar məsələsi bir reallıqdır, bunu kimsə inkar edə bilməz.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.
“Bu məsələlərin mövcud dönəmdə hansı formada həll edilməsi, anklavlara yollar məsələsi və s. var. Anklavlar məsələsinin həlli məhz delimitasiya prosesi zamanı baş verə bilər. Ona görə də Ermənistan-Azərbaycan İşçi Qrupunun yaradılması vacibdir. Azərbaycan buna hazır olduğunu bildirib”, – nazir vurğulayıb.
C.Bayramov bu prosesin qısamüddətli olmayacağını deyib:
“Bu sahədə sistemli və davamlı işin aparılması vacibdir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, bu proses danışıqlar masasında aparılmalı, hərbçilər arasında hər hansı gərginlik yaradılmamalı, buna imkan verilməməlidir. Bu, ən yaxşı yoldur. Bunun üçün ən yaxşı yol mütəxəssislərin danışıqlar masası arxasında müzakirə aparmasıdır”.