“Əmək pensiyalarının indeksasiyası dəyişdirilsin” – Deputatdan təklif

 

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərdə pensiyaların indeksasiya sistemi təkmilləşdirilməlidir. Hazırda indeksləşmədə iki göstəricidən – orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiyadan istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqında artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə indeksasiya olunur.

Bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, pensiyaların orta aylıq əmək haqqındakı artım tempinə indeksasiyası son iki ildə pensiya məbləğlərində əvvəlki qaydalara nisbətən daha yüksək artıma səbəb olub: “Bununla yanaşı, pandemiya təsirləri səbəbindən 2021-ci ildə inflyasiya səviyyəsinin orta aylıq əmək haqqı məbləğindəki artımdan çox olacağı gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin eyni dövrünə nisbətən 6,2 faiz artıb. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 10 faizə yaxın yüksəlib. Bu il orta aylıq əmək haqqının isə 5.6 faiz artacağı gözlənilir.

 

Əmək pensiyaları indeksasiya edilən zaman əgər orta aylıq əmək haqqındakı artım inflyasiyadan daha çoxdursa, o zaman maaşa indeksasiya olunsun. Amma əgər inflyasiya göstəricisi əmək haqqı artımlarından daha çoxdursa, o halda pensiyalar qiymət artımlarındakı faizə indeksasiya olunsun. Yəni, indeksasiyanın bu iki göstəricidən ən yüksək faizli nəzərə alınmaqla edilməsi daha uyğun olar. Bu halda əmək pensiyaları indeksasiya nəticəsində daha çox artar və inflyasiya təsirlərini minimumlaşdırar.

Əmək pensiyalarında indeksasiya artımlarının reallığı və inflyasiya təsirlərinin minimumlaşdırılması baxımdan təklif olunan mexanizmin tətbiqi daha məqsədəuyğun olardı”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password