Yerin yaranması haqda şok iddia – Əvvəlki nəzəriyyə alt-üst oldu

 

Alman elm adamları Yer və Marsın daxili Günəş sistemindəki daha kiçik “planet embrionlar”ı arasında toqquşma nəticəsində əmələ gəldiyini iddia ediblər.

“Science Advances” elmi jurnalında dərc edilən araşdırmada Yerin yaranmasına dair digər nəzəriyyələrlə ziddiyyət təşkil edən iddialar yer alıb.

Yerin xarici Günəş sistemindən Günəşə doğru sürüklənən çınqılların yığılması nəticəsində əmələ gəldiyi geniş şəkildə qəbul olunur.

Münster Universitetinin tədqiqatçıları 10 Mars meteoritindən götürülmüş nümunələrdə titan, sirkonium və molibdenin izotopik tərkibini təhlil edərək, Yerin əmələ gəlməsi üçün hansı nəzəriyyənin doğru olduğunu analiz ediblər.

Elm adamlarının sözlərinə görə, bu araşdırma əvvəlki tədqiqatların tamamlanmasına imkan verir.

 

Digər tərəfdən, tədqiqatda Yer və Marsın erkən silikat hissəsinin izotopik tərkibini Günəş sisteminin xarici və daxili hissələrindən gəldiyi düşünülən müxtəlif xondritik meteorit qruplarının tərkibi ilə müqayisə olunub. Nəticələr göstərir ki, hər iki planetin tərkibi daxili Günəş sisteminin xondritik meteoritlərinin tərkibinə daha uyğundur, burada yalnız az həcmdə xarici Günəş sistemi materialı iştirak edir.

Xondritlər malik olduqları materialdan ərimə və ya digər səbəblərlə dəyikliyə məruz qalmamış daşlı meteoritlərdir. Bunların birləşib çoxalaraq ibtidai asteroidləri əmələ gətirdiyi və Günəş sisteminin başlanğıcında üzə çıxdığı düşünülür.

Tədqiqatçılar bu tapıntılara əsaslanaraq belə nəticəyə gəliblər ki, səthləri bərk planetlər xarici Günəş sistemindən gələn böyük çınqılların yığılması nəticəsində əmələ gələ bilməz, əksinə Günəş sisteminin daxili “planetar embrionlar”ı arasında toqquşma nəticəsində yaranıb./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password