Paşinyan: Ərdoğanla görüşə hazıram
Türkiyə və Ermənistan xüsusi nümayəndələri uğurlu danışıqlar aparsa, Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazıram.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb.
“Ərdoğanla görüş ideyası yoxdur, lakin Ruben Rubinyanla türkiyəli həmkarı arasında danışıqlar prosesi uğurlu olsa, o zaman əlbəttə ki, bu, yüksək səviyyəli görüşlə davam etdirilməlidir. Yəni, proses uğurlu olsa, əlbəttə ki, Ərdoğanla görüşüm olacaq”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Türkiyə ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıçı, Ermənistan isə parlamentin vitse-spikeri Ruben Rubinyanı iki ölkə arasında dialoq prosesi üzrə xüsusi nümayəndə təyin edib./axar.az