“Güzəştə getməyəcəyik” – NATO-dan Rusiyaya qəti cavab

 

Rusiya Ukrayna sərhədinə ciddi hərbi qüvvə yığır və təhlükəsiz Yeni İl tətili keçirmək üçün ayıq-sayıq olmaq lazımdır.

Bunu NATO baş katibi Yens Stoltenberq deyib.

O, Rusiyanın keçmişdə aqressiv mövqe tutduğunu, amma bu gün heç bir NATO müttəfiqini birbaşa təhdid etmədiyini, bununla belə, Ukrayna sərhədindəki hərbi fəallığının qeyri-müəyyənlik yaratdığını bildirib.

Rusiya ilə gərginliyi azaltmaq istədiklərini bildirən Stoltenberq NATO-nun fundamental prinsipləri ilə bağlı güzəştə getməkdən söhbət getmədiyini vurğulayıb.

NATO baş katibi ABŞ Dövlət katibi Entoni Blinkenlə də görüşüb.

“Biz NATO-nun Rusiyaya ikitərəfli yanaşmasını müzakirə etdik və qeyd etdik ki, alyans Rusiya ilə mənalı dialoqa hazırdır”, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password