“Caliber”: Laçın dəliyi, erməni yaraqlıları və Qarabağdakı “sülhməramlı” özbaşınalıq

 

2020-ci ilin noyabr ayında imzalanmış və hüquqi olaraq Ermənistanın Qarabağdakı 44 günlük müharibədə məğlubiyyətini rəsmiləşdirən razılaşmadan bir ildən çox vaxt keçir. Lakin indiyədək üçtərəfli bəyanatın bir sıra müddəaları ermənilər tərəfindən sabotaj edilməkdə davam edir.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetdə məlumat verilir.

“Zəngəzur dəhlizi məsələsində Bakının hərbi-diplomatik təzyiqindən sonra müəyyən irəliləyiş əldə edilsə də, razılaşmada erməni silahlı birləşmələrinin qalıqlarının çıxarılmasını nəzərdə tutan dördüncü bəndinə əməl edilməməsi məsələsi aktual olaraq qalır. “Laçın dəhlizi”nə, daha doğrusu, hər kəsin nəzarətsiz keçdiyi “Laçın dəliyi”nə gəldikdə isə Ermənistandan gələn mülki geyimli müqaviləli əsgərlərdən tutmuş, Fransada prezidentliyə namizədlərin oradan keçməsinə ayırıca bir süjet həsr etmək olar”, – deyə videomaterialda bildirlir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password