Pekresin Qarabağa gəlişi: Rusiya sülhməramlıları Laçın dəhlizində nə edir?

 

Fransada prezidentliyə namizəd valeri Pekresin Xankəndinə qanunsuz səfəri birdən çox məsələni aktuallaşdırdı:

– Fransa daxili siyasətində ermənilərin rolu və onların səsinin alınması uğrunda siyasətçilərin bütün mənəvi-etik dəyərləri kənara tullaması;
– Fransada Cənubi Qafqazda sabitliyin əleyhinə meyllərin olmasını;
– Ermənistan baş naziri Nikol Paşinyanın öz mahiyyətinə uyğun olaraq bu dəfə Fransa prezidenti Emmaneul Makrona qarşı oynayır;
– Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları öz missiyalarına qeyri-adekvat fəaliyyət göstərir;

Pekresin Qarabağa qanunsuz səfəri Fransa daxili siyasətində səs qazamaq prinsipinin beynəlxalq hüququn önündə olduğunu bir daha göstərir. Səfərin məqsədi məhz 10 aprel 2022-ci ildə keçiriləcək prezident seçkilərində erməni icmasının dəstəyini qazanmaqdır.

Fransada prezidentliyə namizədlər üçün erməni kartı üç səbəb görə önəmlidir:

Birincisi, bu ölkədə 700 minə yaxın erməni icması var və onların 400 mini səsvermə hüququna malikdir;
İkincisi, erməni diasporu/lobbisinin siyasi proseslərə təsir imkanları genişdir;
Üçüncüsü, Ermənistan Fransa daxili siyasətində ictimai rəydə müəyyən paya sahib olan “Şərqdə xristianların müdafiəsi” tezisinin əsas platforması rolunu oynayır;

Proseslər göstərir ki, bütün namizədlər erməni kartından aktiv istifadə etməyə çalışırlar. Namizəd Erik Zemmur Ermənistana səfər etməklə digərlərini qabaqladı, lakin Valeri Pekres İrəvanla yanaşı, Xankəndinə də gəlməklə digər namizədləri, xüsusilə Ermənistana ondan öncə gələn Erik Zemmuru “kölgədə qoydu”.

Onun bu səfərinin siyasi avantüra və siyasi popilizm olduğu bəllidir, lakin bu, həm də Fransa daxili siyasətinin eybəcərliyini və bütün mənəvi-etik dəyərlərdən kənar olduğunu göstərir.

Tarixi təcrübə də təsdiq edir ki, Fransa siyasətçiləri istər ölkə daxili, istərsə də xarici siyasət məsələlərində ermənilərdən həmişə istifadə ediblər. Pekresin və prezidentliyə digər namizədlərd Erik Zimmurun addımları bunun nümunələridir. Bu namizədlər ermənilərdən istədiklərinə nail olmaq ümçün istifadə etməyə çalışırlar.

Pekresin Qarabağa səfəri Fransanın rəsmi mövqeyi kimi qəbul olunmur. Azərbaycan bu qadını arzuedilməz şəxslər siyahısına daxil etməlidir. Lakin görünür belə tədbirlər yenə də Fransa daxili siyasətində seçkiqabağı çirkin mübarizə formalarının Cənubi Qafqaza da daşınmasının qarşısını almır və kövrək sülhə qarşı açıq təxribat olan bu tranformasiya regionda revanşizmi gücləndirir. Pekres-Zimmut və Fransa senatında olan digər ermənipərəstlərin münaqişəni yenidən alovlandırmaq, revanşizm və separatçılığı dəstəkləmək və ona dini don geyindirmək cəhdləri təhlükəlidir. Məsələyə xristian təəssübkeşliyi, səlibçi təşəfkürü və rasist orientalizm ideologiyası ilə baxmaq təhlükəli fəsadlar yarada bilər.

Burada Nikol Paşinyanın oyunu da diqqət çəkir. Paşinyan Pekresin səfərinə şərait yaratmaqla özünün ən ciddi dəstəkləyicisi olan E.Makrona əsl düşmən münasibətini göstərdi. Paşinyan həm ABŞ və qulluğunda durduğu, onu hakimiyyəıtə gətirən Sorosu, həm də Rusiyanı aldatdı. İndi isə Makronun ən ciddi rəqibi Pekresin dövlət protokol atributları ilə qəbul olunmasına şərait yaratmaqla Makrona da xəyanət etdi. Makron Paşinyana görə Azərbaycan ilə ən kəskin mübahisəyə çıxan və bizə əsassız ittihamlar irəli sürən Avropa lideri idi.

Və ən əsas məsələ Rusiya sülhməramlılarının fəaliyyətidir.

– Sülhməramlılar Laçın dəhlizində nə işlə məşğuldurlar?
– Pakresin Azərbaycan torpaqlarına qanunsuz və gizli səfərinə niyə şərait yaradırlar?

Moskva bunlara casvab verməlidir. Pekresin gizli səfərinə yaradılan şərait bir daha təsdiq edir ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşən rus sülhməramlıları işlərini, üzərilərinə düşən öhdəliklərini ya yerinə yetirə bilmirlər, ya da yetirmək istəmirlər. Və bu, birinci hal deyil. Müharibənin başa çatmasından sonra sülhməramlıların gözü qarşısında Qarabağa silah-sursat daşınmasından tutmuş belə qanunsuz səfərlərə qədər çoxsaylı pozuntular yaşanıb. Məhz bütün bunlara görə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarının öz vəzifələrinin öhdəsindən gəlmədiyi və yaxud onların vəzifəlrinə uyğun fəaliyyət göstərmədiyi təəssüratı formalaşır…

 

Asif

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password