Lavrov qonşu ölkəni təhdid etdi: “Putin açıq şəkildə dedi ki…”

 

Rusiya Xarici işlər naziri Sergey Lavrov Ukraynanın bütün təxribatlarına cavab veriləcəyini deyib.

“Russia Today” telekanalına müsahibə verən Lavrov Ukrayna hökumətinə mümkün təxribatlarla bağlı xəbərdarlıq edib.

Moskvanın Kiyevdəki “şahinlər”ə qarşıdurmanı böyütməmək üçün xəbərdarlıq etdiyini söyləyən nazir Qərbin və Ukraynanın hesablamalarının çox sadə olduğunu, Rusiya sərhədlərinə yaxın qoşun yerləşdirməklə bölgədəki güc balansını dəyişmək istədiklərini vurğulayıb.

 

“Rusiya lideri Putin dünən Müdafiə Nazirliyində keçirilən görüşdə bunu çox açıq şəkildə dedi. Hərbi-texniki cavab da daxil olmaqla, ətrafımızda yarana biləcək təhlükəyə cavab vermək üçün bütün lazımi vasitə və imkanlarımız var”, – Lavrov qeyd edib.

Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə geniş tərkibdə görüşdə çıxış edən Vladimir Putin ABŞ və NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi fəaliyyətinə reaksiya verib. Qərbin aqressiv davranışlarını davam etdirəcəyi təqdirdə Rusiyanın hərbi-texniki tədbirlər görməli olacağı barədə xəbərdarlıq edən Putin ölkənin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün hər cür hüquqa malik olduqlarını deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password