Dünya siyasətçiləri dövlət başçısını təbrik edir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə heyətinin üzvü, Gürcüstan baş nazirinin keçmiş müavini Eka Tkeşelşvili bildirib ki, Prezident İlham Əliyev çiçəklənən, müasir və təhlükəsiz Azərbaycan yaradıb.
“Zati-aliləri, ad gününüz mübarək! 2021-ci il əlamətdar il olub. Mən sizə çiçəklənən, müasir və təhlükəsiz Azərbaycan yaradaraq öz xalqı üçün görkəmli və fövqəladə inkişafı təmin etmiş milli lider qismində özünüreallaşdırma hissinin davamını arzulayıram”, – deyə E.Tkeşelşvili bildirib.
O, Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə daimi və qətiyyətli dəstəyini qeyd edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dahi Nizami Gəncəvinin irsini qorumaqla yanaşı, bugünkü və sabahkı günün problemlərinin həlli ilə məşğul olur, qlobal səviyyədə çoxtərəflilik, sülh və sabitliyi möhkəmləndirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa qeyd edib ki, 2021-ci il Prezident İlham Əliyevə arzulaya biləcəyi ən yaxşı hədiyyəni verib – azad edilmiş ərazilərin bərpası.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar şurasının üzvü, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Azərbaycanın müasirləşməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib.
“Hörmətli cənab Prezident, mən siz bu xüsusi hadisə – sizin ad gününüz münasibətilə təbrik etməkdən xoşbəxtəm! Mən bizim danışıqlarımızı, strateji əməkdaşlığımızı, yanaşmamızı, Azərbaycan və Bolqarıstan xalqları üçün nail olduğumuz nəticələri yaxşı xatırlayıram. Cənab Prezident, mən Azərbaycanı müasirləşdirməyinizdən, Qarabağda qanunun aliliyi uğrunda mübarizə aparmağınızdan heyranlıq duyuram. Ədalət və həmrəyliyin reallaşdırılmasını mümkünləşdirməyinizdən heyranlıq duyuram. Sülh, anlaşma və dözümlülük naminə işlərə davam edin. Və mən sizinlə birgə olmaqdan qürur duyacam, çünki bunlar, 21-ci əsrdə bizə lazım olacaq dəyərlərdir”, – R.Plevneliyev deyib.
İsrailin sabiq xarici işlər naziri Tsipi Livni qeyd edib ki, Prezident İlham Əliyev hər zaman İsraillə Azərbaycan arasında yaxşı münasibətləri dəstəkləyir.
“Ad gününüz mübarək, Prezident İlham Əliyev! Azərbaycan xalqının rifahı naminə gələcək səylərinizdə sizə uğurlar arzu edirəm”, – T.Livni deyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Latviyanın sabiq baş naziri Laymdota Strauyuma öz növbəsində vurğulayıb ki, hər kəs Prezident İlham Əliyevin gördüyü inanılmaz həcmdə işi yüksək qiymətləndirir.
“Cənab Prezident İlham Əliyev! Zati-aliləri! Ad gününüz mübarək! Sizə və sizin ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram! Ölkənizə sülh və çiçəklənmə arzu edirəm! Ad gününüz mübarək, Zati-aliləri!” – L.Strauyuma deyib.