Son 8 ildə Azərbaycan Ordusunun hərbi obyektlərinin 90 faizi yenidən tikilib

 

“Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirən əsas amillər güclü dövlət, zəngin iqtisadiyyat, siyasi iradə, məqsədyönlü diplomatiya və ən nəhayət, məhz ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlardır. Bütün bunlar nəticə etibarilə ölkənin Silahlı Qüvvələrinin gücünü formalaşdırır. Bu sahələrin vəhdətini və eyni vaxtda uğurlu olmasını təmin edən şəxs isə bacarıqlı dövlət başçısıdır. Biz bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində dövlətimizin əldə etdiyi nailiyyətlərdə və qazanılan böyük Zəfərdə aydın gördük.

Möhtərəm Prezident İlham Əliyev 2013-cü ilin oktyabr ayında məni müdafiə naziri vəzifəsinə təyin edərkən tapşırıq və göstərişlər verdi, Silahlı Qüvvələrdə islahatların yeni və daha səmərəli mərhələsinin başlandığını bildirdi. Ordu quruculuğunda tam yeni yanaşmaların, daha effektiv forma və metodların, üsulların, qabaqcıl dünya ordularında mövcud olan müasir hərbi innovasiyaların tətbiqini vacib sayan Ali Baş Komandan birmənalı bəyan etdi ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti peşəkar olmalı və istənilən vaxt tarixi vəzifənin icrasına tam hazır olmalıdır”.

Bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Müdafiə naziri qeyd edib ki, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir: “Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bizim işimizi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır. Həmçinin yeni hərbi islahatlar və quruculuq tədbirləri birbaşa olaraq möhtərəm Prezidentin şəxsi nəzarəti, diqqəti və himayəsi altında idi. Bu isə, ilk növbədə, məsuliyyət, səmərəlilik və şəffaflıq kimi meyarların təmin edilməsini nəzərdə tutur.

Cənab Prezidentin müdrik hərbi strateq olmasını xüsusi qeyd etməyim də əslində elə sadaladığım faktlara əsaslanır. Vətən müharibəsi bir daha təsdiq etdi ki, cənab Prezident nəinki Silahlı Qüvvələrin peşəkarlığını formalaşdıran və yüksəlişinə xidmət edən təkmil nəzəriyyənin müəllifidir, o, eyni zamanda bu nəzəriyyəni olduqca mürəkkəb şəraitdə, döyüş meydanında, gərgin hərbi əməliyyatlarda uğurla tətbiq etməklə qələbə qazanan Müzəffər Ali Baş Komandandır.

Ordunun təşkilati-ştat strukturunun təkmilləşdirilməsi və yenidən təşkilatlandırılması, optimallaşdırılması tədbirləri də Ali Baş Komandan tərəfindən prioritet kimi elan olundu. Azərbaycan Ordusunun qoşun növləri və qismlərində operativ, dayanıqlı və keyfiyyətli idarəetmə sistemi yaradıldı. Döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətləndirildi. Ordunun fəaliyyətini təmin edən və tənzimləyən qanunvericilik bazası daha da təkmilləşdirildi, müvafiq hüquqi sənədlər, şəxsi heyətin sosial təminatını yüksəldən proqramlar qəbul olundu”.

Digər mühüm istiqamət ordunun silahlanmasıdır: “ Dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir. Döyüş hazırlığının artırılması və düşmən üzərində daim hərbi üstünlüyün qorunub saxlanılması məqsədilə ordumuzun silahlanmasına inkişaf etmiş ölkələrin hərbi sənayesinin istehsalı olan yüksək dəqiqlikli, müasir və keyfiyyətli silah və döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.

Cənab Prezidentin rəhbərliyi altında aparılan hərbi islahatların digər istiqaməti şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasını təmin edən hərbi infrastrukturun təkmilləşdirilməsi və yenilənməsidir. Son 8 il ərzində Ali Baş Komandanın birbaşa göstərişi ilə Azərbaycan Ordusunun birləşmə, hərbi hissə və əlahiddə bölmələrinin mövcud dislokasiya yerlərinin infrastrukturu, hərbi şəhərciklərin, təlim poliqonlarının və digər hərbi təyinatlı obyektlərin təxminən 90 faizi yenidən tikilib. Şəxsi heyətin məişət şəraiti, qidalanması, geyimlə təmin edilməsi və digər təminat növləri ilə bağlı məsələlər tam həcmdə həll edilib. Bu sahədə Azərbaycan Ordusu dünyada ən yaxşı göstəricilərdən birinə malikdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password