Qərbin manipulyasiyalarından bezmişik – Putin
Beynəlxalq hüquq prinsipləri arxasında gizlənən Qərbin manipulyasiyalarından bezmişik.
Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında bildirib.
Putinin sözlərinə görə, Qərb ölkələri müxtəlif bəhanələrlə, o cümlədən öz təhlükəsizliklərini təmin etmək üçün ərazilərindən minlərlə kilometr kənarda hərəkət edirlər:
“Beynəlxalq hüquq və BMT Nizamnaməsi onlara müdaxilə edəndə isə bütün bunları köhnəlmiş və lazımsız elan edirlər. Nə isə onların maraqlarına uyğun gələndə dərhal beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüquqlara istinad edirlər. Bu manipulyasiyalar bezdirib”.
Putin iclasda həmçinin: “Qərbli həmkarlarımız açıq-aşkar təcavüzkar xətti davam etdirərlərsə, biz uyğun cavab olaraq hərbi-texniki tədbirlər görəcəyik. Dost omayan addımlar sərt cavab veriləcək. Rusiyanın suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə fəaliyyət göstərməyə tam haqqımız çatır”, – o vurğulayıb.