Bəzi problemlər var ki, onların həlli yoxdur – Emin Əmrullayev

 

Regional təhsil dairələrin yaranması bizə imkan verəcək ki, təhsili vahid formata gətirəcək.

Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

E.Əmrullayev bildirib ki, Təhsil sistemi müəyyən səbəblərdən çox mərkəzləşmiş şəkildə fəaliyyət göstərir.

“Məsələn, bir müəllim dərs saatından narazıdırsa, birbaşa Təhsil Nazirliyinə müraciət edir. Problemlərin operativ şəkildə həlli baxımından bu bölgü olduqca vacibdir. Yerlərdə xidmətin keyfiyyətinin artırılmasının tərəfdarıyıq. Eyni zamanda da vətəndaşlardan müraciətin müvafiq bir şəkildə edilməsini istəyirik. Bəzən vətəndaşlar şikayətlərini düzgün formada çatdırmadığı üçün həmin problemin həlli uzun müddət çəkir. Amma şikayət konkret şəkildə verilsə, biz daha operativ qaydada həll edə bilərik. Bəzi problemlər var ki, onların həlli yoxdur. Məsələn, əgər vətəndaş tədris aldığı dili bilmir və diplomunun tanımmasını istəyirsə, bu, mümkün deyil”, – deyə nazir əlavə edib.

Onun sözlərinə görə, uzun sözü qısası regional təhsil idarələrin yaradılması yerlərdə gündəlik cari məsələlərin daha sürətli həllinə gətirib çıxaracaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password